“阿塞拜疆总统阿利耶夫痛骂伊朗:“哈梅内伊死了我去吊丧,你们却炸我们的机场学校?准备迎接我们的铁拳吧” (中文字幕)”的完整文字稿。点击时间戳即可从该位置打开视频。想要其他视频的字幕?试试 YouTube 字幕提取工具。
0:02 Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Haval Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz
0:50 qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir. Bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir. Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları keçirir. Hamımız yaxşı xatırlayırıq ki, bir
1:36 müddət bundan əvvəl Tehrandakı Azərbaycan səfirliyi terror aktına məruz qalmışdır. səfirliyə hücum çəkmiş İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan vətəndaşlarına qarşı qanlı terror aktı törədib. Bunun nəticəsində bir vətəndaş həlak olub, bir vətəndaş isə ağır yaralanıb. Və onu da bildirməliyəm ki, Azərbaycanın xüsusi xidmət orqanlarının nümayəndəsi Əliyal Avtomat Kalaşnikovla silahlanmış və molotov kokteyllə və
2:23 baltə silahlanmış terrorçunu zərərsizləşdirib. O vaxtda bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir. Çünki bu terror aktı həm səfirliyin içində, həm səfirliyin ətrafında hardasa 40 dəqiqəyə qədər davam edirdi və bu 40 dəqiqə ərzində bir dənə də olsun nə təhlükəsizlik, nə polis nümayəndəsi səfirliyə yaxınlaşmayıb. Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı öz çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı
3:08 İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir. O vaxt bildiyiniz kimi Azərbaycan çox sərt reaksiya vermişdi bu hadisəyə. Azərbaycan səfirliyi İrandan təxliyyə edilmişdir. Bütün diplomatik əlaqələr dayandırılmışdır və İran tərəfi məcbur olub bizdən üzr istəməyə, öz günahını etiraf etməyə və bizim təkidimizlə o terror aktını törədənə ən ağır cəzada verilmişdir. Və hətta uzun müddət
3:54 bu cəzanı xəyata keçirməyə maraq göstərməyən, hətta cinayətkarı xilas etməyə çalışan İran dövləti məcbur olub və terrorçu edam edilmişdir. Azərbaycan nümayəndələrinin gözü qarşısında. Bu dəfə də cavab eyni olacaq. Biz bu əsassız terror aktı ilə Azərbaycana qarşı törədilmiş təcavüzlə barışmayacağıq. Silahlı qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin.
4:41 Dəfələrlə İran tərəfinə xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisi heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik. necə ki, heç vaxt bu günə qədər imkan verməmişik. Düzdür, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürülürdü. İran dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycana qarşı çirkin şərböhdan kampaniyası aparırdı ki, Azərbaycanı ləkələmək,
5:29 İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək. Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü. Çünki bunun heç bir əsası yox idi. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak eləmir və eləməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Biz qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirtməyə
6:18 nə marağımız var, nə də bizim siyasətimiz buna imkan verir. Biz öz ərazi bütövlüümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq. istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar və onların bu törətdiyi terror aktı bütün başqa çirkin amillərlə yanaşı böyük nankorluq nümunəsidir. Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə,
7:04 həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib baş sağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Və bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlər onların başı yarıldı. Dəmiryumruq
7:50 vasitəsilə. bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri xarici işlər nazirliyinə çağırıldı. Etiraz notası veriləcək. Digər diplomatik addımlar atılacaq. sərhədlə bağlı müvafiq göstərişlər verildi. Onu da bildirməliyəm ki, bu gün səhər mənə məlumat verilir ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng eledir. Xahiş eledir ki,
8:36 Livanda qalmış İran səfirliyinin əməkdaşlarını Azərbaycan kömək eləsin, təhlyə etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, köməklik göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil. İndi dar gündə biz köməklik göstərməsək, bəs nə vaxt köməklik göstərməliyik? Axı bütün bunların müqabilində çirkincə namərdcə naişi kimi Naxçıvana zərbə endirmək. Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək.
9:22 Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim silahlı qüvvələrimiz, müdafiə nazirliyi əyləşin, dövlət sərxət xidməti əyləşin, digər bütün bizim xüsusi təyinatlı qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər. Azərbaycan xalqını biz proseslərin gedişatı ilə əlaqədar məlumatlandıracaıq. Müdafiə Nazirliyinin açıqlaması əyləşin artıq mətbuata dərc edilib. Azərbaycan
10:10 xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvəyə qarşı bizim dəmir yumruğumuzu onlar görəcəklər. M