2:48 Salam. Axşamınız xeyir olsun. Müəllimlə necəsiz? Səsi bağlamışdım. İndi açıram. Düzəltməyə çalışırdım. Bir dənə mən indi ekrandan bağlayım rəyləri. Elə bu gün dedim biraz fərqlik olsun. Təbii ki, abiyyətentlər də bizim qonağımız ola bilər. Sevə-sevə görək müəllimiz rəyləri bağlaya biləcək burda. Burdan baxış. Hə, tamam. Rəyləri bağladım. Əla. Gözləyim bir dənə burnan rə açım. Elə başlayaq. Yaxşı,
3:33 [gülüş] Can müəllim, hər dəst qonağımız olur. Salam müəllimlə. Axşamınız xeyir olsun. Necəsiz? Səbinə müəllimə çox sevindim. Xeyirli, uğurlu olsun. Sertifikasiyada inşallah görüşmək ümidi ilə. Hə, bu gün dedim fərqlilik olsun. Canlı-canlı keçək. Bu gün anamın kitabından danışacağıq sizinlə. Başlayaq müəllimlər. Bunu biraz yuxarı qoyum. Bir dənə gözləyin. Birazz yuxarı qoyum daha rahat olsun.
4:18 Birinci dərsi mən belə canlı keçirəm. Ona görə biraz ay dağılmışdı. Başlayaq. Gəlin başlayaq. Sual-cavab edək anamın kitabından. Yaxşı. Ümumiyyətlə anamın kitabı qəbulda hər il bizim bir sualımızdır. Çətin düşürmü? Nə çətin düşür, nə asan. Orta səviyyəli düşür. Ondan sual
5:06 axşamınız xeyir müəllimlər. Yaxşı, anamın kitabı dörd məclisdən ibarətdir. Gəlin elə birinci məclisdən başlayaq. Görürük ki, birinci məclisdə Mirzə Həsənlə Rüstəm bəy lüğət yazırlar. Bunlar dünən də lüğət yazmışdılar. Dünən A hərfi haqqında yazırdılar, amma yarımçıq qalmışdılar. Bu gün isə onlar A hərfini bitirirlər və almaz sözünə keçirlər. Deyin görüm Mirzə Məhəmmədəli Rüstəm bəyin lüğətə yazdığı hansı sözə iradını bildirir? Bəli, müəllimlər, söhbət orda almaq
5:51 sözündən gedir. Rüstəm bəy Mirzə Həsənlə bir yerdə almaz sözü haqqında danışırlar. Həmin vaxtı Mirzə Məhəmmədəli gəlir və etirazını bildirir. Deyir ki, pür qiymətli daşlar cərgəsində ən gözəl daşdır. Həmçinin də kimya aləmində bulunan bərk və sə daş hələ də dünyada tapılmayıb. Mirzə Məhəmmədəli də buna etirazını bildirir. İndi deyin görüm Mirzə Məhəmmədəli ümumiyyətlə Rüstəm bəyin yazdığı lüğəti yüksək dəyərləndirir.
6:41 Bəli. Qardaşının yazdığı lüğətə dəyər verir. Onu yüksək dəyərləndirir. Deyir sən bu lüğəti yazırsan. Bu bir yadigardır. Bunu oxuyan ondan mənfəət alacaq. Amma mənim qanacağıma görə sənin kitabının bəzi qüsurları da var. Deyin görüm Rüstəm bəyin lüğətinin qüsuru olaraq nəyi göstərir? Bəli. Sən öz lüğətinin əhatə dairəsini daraldırsan. Sadəcə Avropa və Rus elmlərinə istinad eləyirsən. Amma mənə qalırsa sən Şərq və İslam elmlərinə də
7:28 istinad eləyə bilərsən. Belə olsa, lüğətin əhatə idarəsi daha geniş olacaq. Məsələn, sən deyirsən ki, almaz dünyada ənbəkdaşdır. Bundan bəkdaş yoxdur. Sən məsələn səhv eləyirsən. Mənim oxuduğum mənbələrdə sənin dediklərin yanlışdır. Bəs Rüstəm bəyin yazdığı lüğəti, Cavur lüğəti adlandıran kim olur? Aha, Səməd Vahid olur. Tamamilə doğrudur. Ümumiyyətlə, Rüstəm bəy lüğəti ilə bağlı kimlərdən kömək istəyir?
8:26 Aha. Bir Mirzə Məhəmmədən, bir də anasından. Məlum olur ki, Rüstəm bəy əvvəlcə Mirzə Məhəmmədən lüğət barəsinə kömək istəmişdi. Deyir ki, mənim o niyyətim yoxdur ki, mən lüğətimi islam və şərq elmlərindən uzaq tutum. Hətta dəfələrlə sənə demişəm ki, mənim bilmədiyim, amma sənin bildiyin hər hansı bir söz varsa, denən lüğətə yazım, lüğətim təkmil olsun. Anasına da lüğət sözünün mənasını izah eləyir. Deyir ana, lüğə dildə olan qəribə sözlərin toplusudur. Əgər sən də hər hansı bir qəribə söz bilirsənsə, denən mən onu lüğətimə yazım. Bəli. Bir Mirzə Məhəmmədəlini, bir də Zəhrabə ananı götürəcəyik. Səməd Vahid isə özü təklif eləyir. Aysu müəllimə tamamilə doğrudur.
9:13 İndi gəlin baxaq. Zəhrəyin ana qızı Gülbaharın taleyi ilə bağlı narahatlıq keçirir və qardaşlarla məsləhətləşmək istəyir. Oğlanlarını yığır başına. Deyir ki, bəs Gülbaharın evdə qalmağın bir vaxtı var? Axı bu qızı hər yerdən istəyirlər. Gəlin məsləhətləşək bu qızı birinə verək. İlk olaraq Rüstəm bəyin təklifi var. Rüstəm bəyin ümumiyyətlə gülbaharın ərə getməsi ilə bağlı dörd müxtəlif təklif olur. Gəlin bu təklifləri bir-bir sayaq. Bəli, ərə getməyi ilə bağlı. Azərbaycan anasıdır da. Qorxur ki, qızı evdə qalar. Deyir bu qızı hər yerdən istəyirlər. Gəlin birinə verək getsin.
10:03 Aha, Rəvanə müəllimə doğrudur. Birinci Aslan bəyə ərə vermək təklifi var idi. İkinci Gülbaharı çağıraq. Gülbahara bildirək ki, hal-hazırda onun üç namizədi var. Gülbahar kimi seçsə, onu ərə getsin. Üçüncü təklif. Gülbahar namizədlərlə birbaşa görüşsün. Dördüncü təklif. Gülbahar qapının ardından qulaq asın. Kimi xoşlasa, kimi nitqini bəyənsə, həmin adama ərə getsin. Rüstəm bəyin gülbaharı Aslan bəyə vermək istəməsinə kim qarşı çıxır? Mən şərhləri oxuyuram deyə üzrlü sayın
10:48 belə ekrana baxa bilmirəm sizə. Aha Mirzə Məhəmməd qarşı çıxır deyir Gülbahar mənim bacımmsan mən razı ola bilmərəm. Mənə qalırsa, mən bacımı Mirzə Baxşəliyə verməliyəm. Rüstəm bəy də deyir, gəlin dalaşmayaq, məsləhətlə elək şeyi. Gülbaharı çağıraq. Gülbahar kimi istəsə onu ərə getsin. Gülbaharı çağırırlar. Rüstəm bəy, Gülbahara bildirir ki, hal-hazırda sənin üç dənə namizədin var. Biri Aslan bəydir, biri Mirzə Baxşəlidir, biri də Hüseyn Şahiddir. Hansını istəsən, onu ərə gedə bilərsən. Bu təklif nə üçün qəbul olunmur? İki səbəbdən bu təklif qəbul olunmur.
11:38 Ramilə müəllim, əla. Elza müəllimə. Bəli, tamamilə doğrudur. Bir gülbahar deyir ki, mən bu namizədlərin heç birini tanımıram. Onlara bələd deyiləm. necə seçim eləyə bilərəm? İkincisi də ki, mən birinə razı olsam mütləq ki, problem çıxacaq. Asan bəyi seçsəm, Mirzə Məhəmmədəl narazı olacaq. Mirzə Baxşəli seçsəm, Səməd Vahid narazı olacaq. Siz qardaşlar heç vaxtı birlik olmursuz. Hər zaman dalaşırsız. Hətta qonşular neçə dəfə sizin davanızı tamaşaya yığışıb. Bəli, bu təklif də qəbul olunmur. O zaman Rüstəm bəy deyir ki, gəlin Gülbahar çıxsın, bir-bir namizədlərin
12:24 hamısından tanış olsun. Bu təklifə həm Mirzə Məhəmmədin, həm də Səməd Vahidin münasibəti var. Təşəkkür edirəm, Gülanə müəllim minnətdaram. Mən evdə qalmağa razıyam. Təki siz yola gedin. Gülbahar həddindən artıq fədakarlıq eləyir. Ay sağol. Mirzə Məhəmməd ümumiyyətlə İranda təhsil almışdı. Nəcəfl Əşrəf də dindar idi, fanatik dindar idi. Razı olardımı ki, onun bası çıxıb namizədlərlə birbaşa tanış olsun? Bu onun üçün dəhşətli idi. Amma Səməd Vahid deyir, əgər onların niyyəti doğrudan-dğruya izdivazdırsa, birbaşa
13:09 tanışlıqdan mən heç bir qüsur görə bilmirəm. Gülbahar istəyirsə, çıxıb namizədlərlə tanış ola bilər. Səməd Vahid razı olur. Amma Mirzə Məhəmmədəli razı olmadığı üçün Rüstəm bəy növbəti təklifini verir. Deyir onda Gülbahar qapı ardında dayansın. Namizədlər danışanda Gülbahar qulaq asın. Hansı Gülbaharın ürəyinə yazsın? Gülbahar ona da ərə getsin. Bu təklif hamı tərəfindən qəbul olunur. Və Rüstəm bəy deyir ki, müəllimlər də mütləq gəlməlidir. Həmçinin də Aslan bəy mütləq sabahkı iclasda iştirak edəcəkdi. Deyin gör müəllimlər nə üçün iclasda iştirak eləməli idi? Aslan bəy nə üçün iclasda iştirak eləməli idi? Bəli, etiraz eləmirlər. Dördüncü təklif artıq qəbul olunur. Zalım balalar elə bil referendum
13:56 keçirirlər. Ay sağol. Müəllimlərdən şikayət var idi. Həm də müəllimlərdən məktəb proqramı barəsində cavab istəmişdilər. Aslan bəy də cəmiyyət xeyriyənin üzvü olduğu üçün mütləq ki, sabahkı iclasda iştirak eləməli idi. Əlasız. Aha, doğrudur. İndi siz mənə deyin görüm, Teymur bəyin sabahkı iclasla
14:42 bağlı ən böyük narahatlığı nə idi? Teymur bəyin sabahkı iclasla bağlı ən böyük narahatlığı nə olur? Hə düzdür müəllim. El hesabı barəsində bir yazılmayıb. Qorxuram ki, sabah Əfruz xanım çığır bağır sala. Bir az qaydasız olub. Zivər xanım da deyir ki, yox, sən qorxursan qorx, mən qorxmuram. Onların guya gördükləri hər iş qaydasındadır ki, hələ bir durub bizə də irad tutacaqlar.
15:29 Burda çox maraqlı bir məqam var müəllimlər. Bu iclasda müzakirə olunan məsələlər var. Bu məsələlər əvvəl də müzakirə olunmuşdu, amma yekun bir nəticəsi olmamışdı. İndi növbəti iclasdır. Həmin məsələlər yenidən gündəmə gəlir, yenidən müzakirəyə açılır. Amma yekun bir nəticə yenə də olmur. Müəllif göstərmək istəyir ki, bu cəmiyyət xeyriyyənin cəmiyyətə heç bir faydası yoxdur. Dəfələrlə məsələlər müzakirə olunsa da, bir nəticə hasil olmur. Doğrudur. Əsər boyunca Səməd Vahidin nitqinə irad tutan kim olur? Əsərdə Səməd Vahidin nitqinə, danışığına
16:15 irad tutan kim olur? Nitqini anlaşılmaz hesab edən kim olur? Hə, özləri faydasız idilər. Cəmiyyət xeyriə xeyirsiz idi. Bəli. Söhbət bir Mirzə Məhəmmədən, bir də Rüstəm bəydən gedir. Hətta Səməd Vahid deyir ki, sənin lüğətin üçün mən bir dənə şeir deyim, yaz. Rüstəm bəy onun qarşısına şərt qoyur. Nə şərt qoyur? İkisi də anlaşılmaz hesab eledyir. Rüstəm bəy deyir ki, mən sənin dilini başa düşmürəm, qanmıram. Mirzə Məhəmmədəli də deyir ki, mən səni nə danışdığından heç nə başa düşə bilmirəm. Bəli, Mələk müəllimə,
17:01 elə şeir denən ki, sözləri aydın olsun, lüğətə yaza bilim, yoxsa mən özüm sənin dilini qanmıram? Qanmadığın bir şeyi lüğətə necə yaza bilərəm? Səməd Vahidin səsləndirdiyi parça hansı parça idi? Bəli, Faustan türk dilinə tərcüməni səsləndirir. Doğrudur. İndi Rüstəm bəy bunu anlamayanda Səməd Vahid nə üçün qəzəblənir?
17:46 Bəli. Fausdan tərcüməni səsləndirir. Rüstəm də təbii ki, bu fausdan olan tərcüməni başa düşə bilmir. Deli çox ağır idi. Heç mən özüm də oxuyanda yadımda qalmır. Biz deyir ikinci sinifdə ədəbiyyat dərsində bunu uşaqlar oxuduruq. Amma sən bunu başa düşmirsən. Sən sənət zövqündən anlamırsan deyir. Görün ikinci sınıfda uşaqlara bunlar nəyi tədris eləyirlər. Uşaq da təbii ki başa düşmür. Uşaq Sabirin uşaq şeirlərini keçməlidir. Dərsə gedən bir uşaq çıxdı buz üstə qoçaq. Yıxıldı birdən-birə dəydi üz-üstə yerə. Bunları öyrənməlidir. Bunlar öyrənirlər faylatın məfailün.
18:32 Həqiqi komediyadırlar. Qardaşların komediyasıdır. O gün dərsdə bunu keçəndə müəllimlərdən hansı idi? Ay ana böyüyüyəndə günəş olaram mən də. Axırda qoyacam ona qulaq asarsız. Çox sevirəm o mahnını. Aha doğrudur. Daha sonra müəllimlər gəldik ikinci məclisə. Hə, bir də burda çobanlar var idi. Çobanlar gəlmişdi. Rüstəm bəy nə üçün çobanları cəmiyyəti xeyrənin iclasına dəvət eləyir? Yox, Mirzə Məhəmmədəli ana dilinin tərəfdarı kimi deyildi. Millətpərəst də
19:17 deyildi. Ella müəllimə sonra göz məndən. Bəli. Qoyunlar xəstə idi, qızdırması var idi. Ona görə də Rüstəm bəy deyir ki, Aslan bəy sabah icasa gələcək. Siz də gələrsiz. Qoyunların dərdini Aslan bəydən soruşarsız. Bu Rüstəm həm də biznesmen idi. Görürsüz çoxlu qoyunları var idi. Qəmbər də onun başkarı idi. Amma qurbanla zaman qonşu çobanlar olur. Amma təbii ki bu zahiri səbəb idi. Bir də müəllifin əsas niyyəti var idi. Deyin görün müəllifin çobanları cəmiyyət xeyrənin nizasına gətirməkdə əsas məqsədi nə idi?
20:03 Resep sözünü çobanlar başa düşmürlər. Asan bəy çox qəliz danışır axı. Dava xəstə indi yayılıb. Heç kim ət almır. Biz də iki həftədə ət yemirik. Aha. Bəli. Əslində göstərmək istəyir ki, maarifçi insanlar, bu ziyalı insanlar cəmiyyət xeyirini təşkil eləyiblər. Amma bunların cəmiyyətə heç bir faydası yoxdur. Buna baxmayaraq bu çobanlar cəmiyyətə daha çox fayda verirlər. Məsələn, azlara yavanlıq verirlər, çörək verirlər, yağ verirlər. Ender verirlər, kömək edirlər. Bəli. Həmçinin də ordakı nitqləri fikir verirsiz. Mən özüm çox çətinliklə o nitqləri başa düşmüşəm. Mirzə
20:49 Baxşəlinin, Mirzə Məhəmməd Əlinin çıxışı çox azdır. Həmçinin Hüseyn Şahidin danışığı. Düşün elə bir iclasda oturmusan, nə qədər otura bilərsən mümkün deyil. Amma o çobanların o səlist dili, gözəl danışığı, ana dilinin təiliyi, bunların hamısını müəllif neynəmək istəyirdi? Onlar vasitəsilə diqqətə çatdırmaq istəyirdi. Aysən müəllim yazdığı kimi, sadə xalqı, milli ruhu, insanın sadəliyini gözəlliyini. İndi mən başa salacam Günel müəllimə. Sən yenə ağlaşma qurmusan orda. [gülüş] Yox bizim nazirimiz sadə danışır, qəşəng danışır. Yeganə nazirdir ki, onun danışığında təbiili hiss olunur. Davam eledyək. Gəldik ikinci məclisə.
21:34 İkinci məclisdə Rüstəm bəy iclası rus dilində açıq elan eləyir. Hətta sonradan tənqidlərdən nəticə çıxarır. Sağ olsun. Yenə də iclası rus dilində qapalı elan eləyir. Rüstəm bəy iclası rus dilində açıq elan eləyəndə buna birinci qarşı çıxan kim olur? Ağlım qalır. Həm orda, həm orda. Ay sağol. Mirzə Zeynal millətpərəst idi. Mirzə Zeynal qəti şəkildə qarşı çıxır. Deyir burda ancaq ana dilində danışmaq lazımdır. Özgə dildə, özgə lisanda danışmaq olmaz. Mirzə Zeynalın bu hərəkətini tənqid edən kim idi? Təqdir edən kim idi?
22:21 Gülnar yox. Ay sağol. Zivər tənqid edir. Axı bu nə vəhşilikdir deyir. Mirzə Məhəmmədəli təqdir eləyir. Deyir haqq buyurur. Mirzə Zeynal islam məclisi hara? Rus dili hara? Burda rus dilində danışılmalı deyil. Bəli, Mirzə Baxşəli də həmçinin Mirzə Baxşəli deyir ki, əgər bir insan ana
23:06 dilində müsəlmanca bilmirsə, onun bu iclasda üzv olmağa haqqı yoxdur. Bəs Rüstəm bəy yekun olaraq dil barəsində hansı qərarı verir? Rüstəm bəy yekun olaraq dil barəsində hansı qərarı verir? Hə, Günnarə müəllimə Bəli. Deyir, çalışmalıyıq ki, hər kəs
23:52 müsəlmanca danışsın. Çünki hal-hazırda burda rus dili bilməyənlər də var. Əgər kimsə müsəlmanca bilmirsə, onda heç bir çarə yoxdur. O rus dilində danışa bilər. Mirzə Baxşəli də bunu etiraz eləyir. Deyir ki, əgər bir insan müsəlmanca bilmirsə, onun bu iclasda üzv olma haqqı yoxdur. Bəs xanımın təklifi nə olur? Müəllimlər, rekord nəyi nəzərdə tutursuz?
24:41 Bəli. Kim hansı dildə istəyirsə, o dildə danışsın. Burda problemli heç bir yoxdur. İclasın gündəliyi haqqında məlumat verən kim olur? İclasın gündəliyi haqqında məlumat verən Teymur olur. Tamamilə doğrudur. Birinci il hesabı barəsində idi. il hesabı barəsində çıxış eləyən kimlər olur? Özləri də bilmirlər. Günel müəllimə. [gülüş] Yaxşı deyin görüm il hesabı barəsində çıxış eləyən kimlər olur? Bəli həm Aslan bəy, həm də Rüstəm bəy çıxış elir. Aslan bəy iclasda Rüstəm bəy mövqeini müdafiə
25:28 edirmi? Günə müəllim sən aparacaqlar axşam. Ehtiyyatlı ol. Yazma belə şeylər. Bəli. Xeyr, belə bir məqama yer vermirlər. Əksinə Rüftən bəyin il hesabı barəsində danışdıqlarını Aslan bəy inkar edir, təsdiq eləmir. Deyir ki, sən doğru danışmırsan. Yaxşı, gəlin baxaq. Bax, büdcə problemindən həm Rüstəm bəy danışır. Büdcə problemindən həm Aslan bəy danışır. Rüstəm bəyin büdcə problemi haqqında danışdıqların, Aslan bəyin büdcə problemi haqqında danışdıqlarını gəlin qarşılaşdıraq.
26:15 Yekun olaraq problem buidi u ki, il sonunda mədaxildən məxaric üst-üstə gəlmirdi. Fərq özünü göstərirdi. Bu büdcənin problemi idi. İndi bu problem həm Rüstəmbəyin yanaşması var, həm də Aslan bəyin yanaşması var. Bəsdirlaşma qurmusan sən.
27:04 Nuranə müəllimə, yazdığınız doğrudur. O yazdıqlarınızın qabağına bircə dənə cümlə artırsaydınız, çox gözəl olardı. İndi həmin cümləni mən sizə deyəcəm. İblisi verməmişəm. Öz dərslərdir. İblis aha doğrudur. Doğrudur. Aha. Gəlin baxaq. Bax, Rüstəm bəy deyir ki, keçən iclasda biz il hesabı barəsində müzakirə apardıq. İl hesabı barəsində keçən iclasda bir az münaqişə oldu. Bu da ondan ibarət idi ki, bizim
27:51 mədaxil və məxaricimizdə bir qədər fərq özünü göstərdi. Buna görə biraz mübahisə yaşayıblar və haqq qazan özgə cür də ola bilməzdi. Səbəb budur ki, bizdə həm mədaxil var, həm də məxaric var. Biz mədaxildə məxarici təxmini hesablayırıq. Ümumiyyətlə mədaxil sabit olmadığı üçün, stabil olmadığı üçün bizim büdcədə problem yaranır. Demək, Rüstəm bəyə görə büdcənin problemi mədaxilin stabil olmamasıdır. Məsələn, mən deyirəm ki, mənim hər ay 500 manat maaşım var, 1000 manat maaşım var. Buna uyğun da xərclərimi yazıram. Məsələn, maaş almamışam bir gün qabaq yazıram ki, kommunal bu qədərdir, uşağın xərci budur, müəllim budur və sair. Hamısını qeyd eləyir də. Məxariclərimizi deyir bal qonaqlığından. Bizim müəllimlər elə bilib ki, bal qonaqlığında oturub bal yeyirlər. Belə
28:38 bir yoxdur. Sadəcə cəmiyyət xeyri üçün təşkil olunmuş bir qonaqlıqdır. Ora gəlirlər, ordan bir büdcə toplanır. Həmin büdcəni də cəmiyyəti xeyriyə verirlər. Deyir bal qonaqlığından fikirləşirik ki, bu qədər mədaxil olacaq. Məsələn, 100 manat mədaxil olacaq. Bəzən bu mədaxil biz gözlədiyimizdən çox olur. Məsələn 120 manat. Bəzən isə həddindən artıq az olur. Məsə 90 manat. Və yekun olaraq bizim hesabımızda qarışıqlıq olur, fərq əmələ gəlir. Rəddədəl fərq əmələ gəlir deməkdir. Biz bunu dəqiq götürə bilmirik. Mən yazıram mən büdcədə çox ciddi problem yaşayan bilirəm. Ümumiyyətlə pulla münasibətim çox-çox çətindir.
29:24 Hamı üçündür. Siz burdasızsa, demək sizin üçün də bu canlı var. Hamı üçündür. Aha. Başa düşdüz bunu əziz müəllimlər? Aydındır. Amma Aslan bəyir yox bağışlayasınız. Belə deyil. Biz hər şeyi qaydaqanunla nizamlayırıq. Hər şeyi düz gətirə bilirik. Mədaxil cərgəsində də bizdə bir para punktlar düz gətirmədi. Biz o zaman məxaricdən biraz qısaltmalar edirik və gətiririk hər şeyi nizamlayırıq. Məsələn, mədaxilimiz bu qədərdir. Amma bizdə səhvən acılara 100 manat əvəzə 109 manat xərcləyiblər. Yəni Asan bəyə görə büdcənin problemi artıq xərclənmədə idi. Yəni doğru xərclənməməkdə idi. Biz yazmışıq ki, məsələn burda azlara 100 manat xərcləyin. Amma onlar 9 manat 14 şahı
30:12 iki qəpik artıq xərcləyiblər. Bu səfər yenə də büdcədə nə yaranır? Natarazlıq yaranır. Amma biz bunu nizamlaya bilirik. Gətiririk bəzi qısaltmalar edirik. Yəni xərclərinin bəzilərini qısaldırıq. İlin sonunda yenə mədaxildən məxaric tam olaraq bir-birini nizamlayır. Aydın oldu? Yəni Rüstəm bəyə görə mədaxilin stabil olmaması, Aslan bəyə görə də məxaricə qaydasızlığa yol verilməsi. Təşəkkür edirəm. Normalda dərslər çəkəndə niyəsə mən o dərslərə bir az çox kök düşürəm. Elə deyiləm. Yəni həyatda elə deyiləm. Sonradan özüm baxıram videolara, bu hazır videolara deyirəm
30:58 ala mən nə boyda düşmüşəm o videolardan. Efirlərdə deyirlər aktrisalar, nə bilim çənəkkarlar ki, efir bizi kök göstərir. Onlar kimi hiss eləyirəm özümü. Hə, davam eləyək. Bax bu da il hesabı barəsində, mədaxil və məxaric barəsində həm Rüstəm bəyin, həm də Aslan bəyin çıxışı idi. İndi gəldik ədəbiyyat dərsləri barəsində. Əiyat dərsləri barəsində problemi səsləndirən kim olur? Yox, il hesabı barəsində yekun bir qərara gəlinmir. Gün bəsdir.
31:46 Aha, Rüstəm bəy səsləndirir. Deyin görüm necə bir problem var idi ədəbiyyat dərsləri barəsində. Yox, yox, yox. O dədələrin şikayəti elmi ilahi dərslərindədir. Qayıt bu tərəfə. İndi biz ədəbiyyat dərslərindən danışırıq. Yox, Nərgiz müəllim, biz ədəbiyyat dərslərini dedik axı. Sizin ağlınız getdi elm ilahi dərslərinə. Bu [gülüş] ay sağol. Bəli. Deyir ki, ikinci sinifdə, ikinci sinifə də dərs deyən Hüseyn Şahiddən Səməd Vahid idi. İkinci
32:33 sinifdə ədəbiyyat dərsləri çətinləşib. Bunlar Osmanlıda təhsil alıb gəlmişdilər. Ona görə də ancaq fayat məfailin dərsləri keçirdilər. Uşaq necə başa düşsün? Əruz vəzim mən müəllimlərə keçəndə özüm belə onu anlamaqda o qədər çətinlik çəkirəm ki, çətindir həqiqətən əruz böyük bir elmdir. Bunu gətirib uşaqlara keçirlər. Osmanlı türkcəsini uşaqlara öyrədirlər. Mən Osmanlı türkcəsində dərs almışam Türkiyədə olanda. Osmanlı türkcəsi çox çətindir. Bizim Azərbaycan dilinə yaxınlamaq. İndiki türkcə Osmanlı türkcəsinin 90% saflaşdırılmış vəziyyətidir. Yəni təsəvvür edin ki, izafət tərkibləri, söz birləşmələri, cümlə strukturları o qədər qəlizdir ki, cümlələri parçalayırsan, cümlədən məna
33:18 çıxardırsan, çox ağır olur. Üz keçirilir. Həmçinin ədəbiyyat dərsləri çətinləşib. Ana dili birmərə nəzərdən salınıb. Çünki onların öyrətdiyi ancaq Osmanlıdan gətirilmiş şeirlər idi. Keçən keçən həftə müəllim cənablarından xahiş olunub ki, cəmiyyətin istəyinə hörmətlə yanaşsın. Təftiş komissiyası irad bildirib bu irad nəzərə alınsın. Amma yenə də irad nəzərə alınmamışdı. İndi ümumiyyətlə Hüseyn Şahidin yəqin ki danışığını oxumusuz. Ordan ümumi nə nəticə çıxardınız? Getmişdim oxumağa. Yarımçıq qaldı gəldim. Yarımçıqlıq var orda.
34:11 Gülbahar mürgüləyir. Hə. Hətta Zəhra bə soruşur ki, ay qızım bunlar nə danışırlar? Qbahar belə ki, mən nə baş höşürəm ki? Amma çox maraqlıdır, Gülbahar bunların nitqindən, təfəkküründən özünə ər seçəcəkdi. Yəni demək istəyir ki, burda yekun olaraq bizim hal-hazırda tədris elədiyimiz dil Osmanlı türkcəsidir. Milli lisandır, milli türk lisanıdır. Milli ədəbiyyatdır. Osmanlını milliləşdirmişdi. İndi bizim bəzi insanlarımız türk dilinə necə doğma yanaşırlar? Türk dilindən
34:56 Azərbaycan dilini ayırmırlar. Amma əslində Azərbaycan dilindən türk dili ayrıdır. Necə ki, Türkmənistan, Qırğızıstan, Qazaxıstan oxşar sözlərimiz var. Eyni türk ailəsindən gəlmiş. Yəqin ki, türk ailələrini bilirsiz. Amma buna baxmayaraq bizim dillərimiz fərqlidir. Amma Hüseyn Şahid deyirdi, xeyr, biz uşaqlara özgə dil öyrətmirik. Bizim öyrətdiyimiz dil milli türk dilidir, milli lisandır. Bu dilin uğrunda çox mübarizələr gedibdir, çox qanlar axıbdır. İndi biz uşaqlara bunu aşılayırıq. Bunun nəyi yanlışdır ki? Hətta ora bir dənə də uşaq gətirmişdilər. Həmin uşaq Hüseyn Şahidin səsləndirdiyi parçanı bir də özü səsləndirir. Müəllimə. Aha. Ondan sonra gəldik elm
35:42 ilahi dərsləri barəsində. Deyin görüm. Elm ilahi dərsləri barəsində problemi səsləndirən kim olur? Elm ilahi dərsləri barəsində problemi səsləndirən kim olur? Rüstəm. Tamamilə doğrudur. Elm ilahi dərsləri barəsində problem nədən ibarət idi? Şüfə müəllimə doğrudur. Deməli uşaqların bəzilərini ataları şikayət eləyiblər, ərizə yazıblar. Bu ərizələr də cəmiyyət xeyir tərəfindən nəzərə alınıb. Onlar da görüblər ki, ciddi bir problem var. Biz cəmiyyət xeyrənin iclasında bu problemi
36:29 müzakirə etməliyik. Əlasız. Bəli. Problem ondan ibarət idi ki, valideynlər şikayət eledyir ki, elmi ilahi dərsləri həddindən artıq uzadılır. Mənasız yerə uzadılır. Müəllimlər dörd aydır ki, artıq xüsus-küsux dualarına başlayıblar. Hətta deyiblər ki, uşaqlar, bundan altı ay sonra da bu dualar davam edəcək. Yəni bu duaların bu qədər uzadılmasının mənası nədir? Elm ilahi dərsləri barəsində şikayətlərə cavab verən kim olur? Bəli. Mirzə Baxşəli.
37:17 Mirzə Baxşəli ümumiyyətlə Rüstəm bəyin dediklərinə qatılmır. Deyir bağışlayasınız. Siz deyən kimi deyil. Aha, Hümmətova. Doğrudur. Yəqin ki, Mirzə Baxşəndin çıxışını da başa düşməmisiz. Aha, Mirzə Baxşəli deyir ki, əslində məsələ belə deyil. Biz lazımsız yerə uzatmırıq, uzunçuluq eləmirik. Sadəcə əvvəlcə dörd ay boyunca xüsusf dualarını ayrı keçmişik. Bəli, həqqdir ki, bundan
38:03 altı ay sonra da küs dualar davam etməlidir. Ayrı-ayrı tədris olunduğu üçün bu qədər uzanır. Başa düşdü? Bax bu hissəni bir dənə açaq. Valideynlər şikayət eledyir ki, müəllimlər dərsləri həddindən artıq uzadırlar. Dörd ayda onsuz da ki, bu küs dualarını keçir. Deyir ki, hələ bundan altı ay sonra da bu duaları tədris eləyəcəklər. Şikayət yazıb bildirmişdilər. Mirzə Baxşəli də deyir belə deyil əslində. Biz mənasız yerə uzatmırıq. Dörd aydır Xüsuf duasını ari keçmişik. Bundan sonra altı ay boyunca da küsüf duasını tədris eləyəcəyik. Amma burda haq da qazandırır. Deyir ki, bütün məclis üzvünə bildirmək istəyirəm
38:51 ki, ağama ərz olsun ki, elm ilahi dərsləri, elmi hücum dərsləri, xülasətül hesab dərsləri məktəb proqramında vacibdir. Yəni bu dərslərin keçilməsi vacibdir. Uşaqlara ən çox, ən lazımlı olan elə bunlardır. Hətta deyir ki, bir problem olanda, zəlzələ olanda, nəsə bir bədbəxt xahisi olanda uşaqların bizim köməyimizə bunlar çatacaq. Doğrudur. Yaxşı, deyin görüm, ümumiyyətlə Mirzə Məhəmmədlinin nitqini ixtisar etmək kimin təklifi olur? Təşəkkür edirəm. Aha.
39:38 Dəyin görüm. Mirzə Məhəmmədən nitqini ixtisar etməyi Cəmrəcnasında təklif edən kim olur? Teymur bəy. Zivər sac yaxınlaşır üstəmin qulağına. Deyir onlar natiqlərin nitqinə ixtisar edək. Çox uzanır. Amma Zivər ümumiyyətlə cəmiyyəti xeyrənin icasında belə bir təklif səsləndirmir. Ərinə sakitcə deyir. Aha. Teymur bəy deyir ki, bəlkə bu qədər uzun təfsilat verməyə ehtiyac yoxdur. Qaynar. Mirzə Məhəmmədənin qəzəbindən qorxurdu da. Mirzə Məhəmmədə bir dənə cadu yazacaqdı. Zivərin paltosunu cibinə qoyacaqdı. Zivər ağıllı qadın idi. Mirzə Məhəmmədinə ehtiyyat eləyirdi.
40:24 Hə. Ümumiyyətlə Mirzə Məhəmmədin Zivərdən xoşu gəlmirdi. İndi təsəvvür eləyək ki, bunların içində arvadı var. Bütün gün evdə dava dalaş. Qardaşlar bir tərəfdə dalaşırlar, arvadlar bir tərəfdə dalaşır. Yazı Zəhra bəyənim belə birinci pərdədə haqqı rəhmətinə qovuşardı. Yaxşı kim? Alaca Məmmədqulzadə böyük hədibdir. Bir dənə Rüstəm arvadı var. O birilərin arvadı yoxdur. Zəhra bəyim orda insaf eləyibdir. Əla Zəhra bəyimin günü gündür. O nə həyatdır ilahi? Sən o boyda oğul böyüt. Oğullar gəlsin sənə desin ki, cəhənnəm ol.
41:11 Deyir gülürük amma yaşananlar kolay deyil. Tam olaraq elədir. Aha düzdür. Daha sonra müəllimlər deməli gəldi azların ərizəsi. Rüstəm bəy azların ərizəsi barəsində fikirlərini səsləndirir. Daha sonra azların ərizəsinə baxılmaması təklifini irəli sürən kim olur? Mən heç bir şəkildə Xəlalə müəllimə, Mirzə Məhəmməd Əliyə haqq qazandıra bilmirəm. Ay sağol. Teymur olur. Deyin görüm Teymur bəy nə üçün deyir ki, biz hal-hazırda azların ərizəsinə baxa bilmərik?
42:02 Aysən müəllimə düzdür məlum olur ki, bundan əvvəlki iclasda da bu ərizələrə baxılmayıb. Demək azın ərizəsi bundan əvvəlki iclasda da müzakirəyə qoyulmuşdu, amma məsələ həllini tapmamışdı. Sağ başı bir dənə pendir çörək verəcəklər. bir dənə çörək pulu verəcəklər. Hər iclasda bunu müzakirə eləyirlər. Amma yekun bir nəticə olmur. Hətta məşədi Cəfərin ərizəsindən məlum olur ki, sadəcə gündəlik yövmüyə çörək istəyir. Başqa heç bir istəmirdilər. Bunlar neçə gün idi acı idi? Deyir ki, neçə gündürsə acıq? 12 nəfər külfətimiz var. Sadəcə 5-1 manat bəsdir ki, biz ailəmizi dolandıra bilək. Üç gündə acıq. Hə. Teymur bəy deyir ki,
42:48 biz keçən iclasda da azların ərizəsinə kifayət vermədik. Məsələ ondan ibarət idi ki, qalan bütün pul ehtiyyat fonduna qoyulmalıdır. Bəli, bütün pulun ehtiyyat fonduna qoyulması təklifi irəli sürülmüşdür. Rüstəm bəy də deyir, belə olan təqdirdə biz hal-hazırda azların ərizəsinə baxa bilməyəcəyik. Amma Rüstəm bəyin azların ərizəsi ilə bağlı yekun qərarı da var idi. Bu qərar nədən ibarət idi? Zivər Nəşədi Cəfərə yardım eləyir. Bir gümüş pul verir. Səhv eləmirəmsə orda.
43:41 Aha, boş-boş qərarlar verirlər. Rüstəm bəy deyir ki, belə qərar qoydum ki, Azanın ərizəsinə hal-hazırda baxa bilməyəcəyik. Amma Azın halını yoxlamaq, onların həqiqətən də möhtac olub olmamaqlarını araşdırmaq üçün bir dənə əlahiddə komissiya, təftiş komissiyası yaradılsın. Komissiya getsin baxsın görək həqiqətən bunlar acından ölürmü? Bunların ehtiyacı varmı? Zatən onların geyimindən keçimindən həyat şəraitindən, danışığından bəlli olurdu ki, bunlar ehtiyyat sahibidir. Gəliblər kömək istəyirlər. Amma cəmiyyət xeyriyyənin belə lazımsız qərarlar verməsi göstərir ki, onlar cəmiyyətin faydasına çalışmırlar.
44:31 Bəhruz Məmməd, düzdür müəllim, orda da vari məqam. Və bununla da cəmiyyəti xeyriyyən iclası tamamlanmış olur. Gəlin indi baxaq Asan bəyin cəmiyyət xeyriyə iclasındakı çıxışını təqdir edən kimlər olur? Bəli, çobanlar azları kömək eləyirlər. Aha. Zəhra bəyimdən Rüstəm. Hətta Zəhra bəyim orda soruşur ki, qızım bunlar nə danışırlar? Gülbahar deyir bilmirəm. Amma buna baxmayaraq Zəhra bəyim orda başlayır
45:16 Aslan bəyin nitqini təqdirləməyə. Deyir sən yatmışdın qulaq asmadın. Aslan bəy çox qəşəng danışdı. Rüstəm bəy də deyir, gördün Aslan bəy necə gözəl danışırdı? Zəhra bəyin ana evdə bir mehribançılıq yaratmağa çalışır, amma gərçəklərin üstünü örtərək mehribançılıq yaratmağa çalışır. Bu da əslində doğru deyildi. Çünki bunların üstünü örtdükcə daha ciddi problemlər ortaya çıxırdı. Yumşaq ana idi. Amma yumşaq ana olması ailə strukturunu zədələyirdi. Yaxşı deyin görüm. Səməd Vahid də Mirzə Məhəmmədəlidə öz namizədlərinin çıxışını tərfəyib öyür.
46:02 Yox, Həmidə bundan biraz daha yaxşı idi sanki. Bir az daha ötkəmli idi. Rüstəmə deyir ki, dur nişan. O da manipulyasiya eləyirdi də. durub əgər nişanla zəng eləməsən səndən küsəcəm. İkisi də bizim köhnə travmalarımızı xatırladır. Aha. Mirzə Məhəmmədəli tərifləmir, amma Səməd Vahid tərifləyir. Səməd Vahid deyir ki, gördün Hüseyn şahid nə gözəl şeir səsləndirdi? Axı Hüseyn Şahid cəmiyyət xeyrənin iclasında qəşəng bir şeir səsləndirmişdi. İşdə kələbəklər gibi uçuyoruz, uçuyoruz, budaqdan budağa qonuyoruz. Belə bir şeir var idi nəsə. Ondan sonra da uşaq səsləndirmişdi.
46:48 Həmin şeiri. Onu deyirəm. Bunla da artıq ikinci məclis tamamlanır. Biz keçirik artıq üçüncü məclisə. Deyin görün müəllimlər. Üçüncü məclisdə biz görürük ki, qardaşlar evdən köçmək istəyir. Gəlin qəşəng bir dənə məqama baxaq. Qardaşlar birləşə bilməyəcəklərini tam olaraq nə zaman dərk edirlər? Şagird də təkrar eləyir. Senzorun gedişindən sonra onlar başa düşürlər ki, birləşə bilməyəcəklər.
47:35 Bunun səbəblərini də dərk edirdilər. Qardaşlar parçalanmasının səbəblərini dərk edirdi. Senzor gəlir, kitablarını yoxlayır, gedir. Bəli, qardaşlar dərk edirdilər. Hətta səbəblərini də dərk edirdilər. Onlar analarını izah eləyirlər ki, biz fərqli kitablara etiqad edirik. Bizim kitablarımız bir-birindən çox fərqlənir. Bu kitablar bizim əlimizdə olduğu müddətcə biz bir-birimizlə yola gedə bilmərik. Bizim birləşməyimiz mümkünsüzdür. Doğrud və Zəhra bəy, ana qardaşların evdən köçmək niyyətində olmasını hardan öyrənir? Necə öyrənir ki, bu qardaşlar evdən getmək istəyirlər?
48:32 Bəli. Qardaşlar kitablarını yığışdırırdılar. Ana gəlir deyirsiz neyniyirsiz? Sonra başa düşür ki, bu qardaşlar evdən köçməyə çalışırlar. Bayazı tutur onların qabağına. Qardaşların parçalanmasının qarşısını almağa çalışır, amma buna gücü çatmır. Doğrudur. Hala halal olsun sizə. Əşyalarını yığanda başa düşür. Gəlin belə bir məqama baxaq. Biz Zəhra bəyim anaya uzaq görən obraz deyə bilərik. Bu mümkündür. Aha. Hansı məqamda deyə bilərik ki, Zəhra Bəyman uzaq görən obrazdır?
49:30 Bəli. Bilirdik ki, qardaşlar bir müddətdən sonra parçalanacaqlar, bir-birlərindən ayrı düşəcəklər. İstəyirdik ki, onları bir arada saxlasın. Onları birləşdirmək dəfələrlə cəhd edir, amma gücü çatmır. İndi mən bunu dəfələrlə müəllimlərə izah eləmişəm. Qrupumuzda hal-hazırda canlımızda bizim qonaq müəllimlərimiz də var. Əziz müəllimlərimiz, gəlin sizə bir məqamı deyim. Hər zaman eşidirsiz ki, bu Zəhrabəyim ananın faciəsidir. Gülbaharın dramıdır. Qardaşların komediyasıdır. Faciədə bilirsiz ki, baş qəhrəman bir ideal daşıyıcısıdır. Öz idealını bərqara etmək istəyir. Ananın da burda ideyası nədir? Idealı nədir? Ana qardaşları birləşdirmək istəyir. Onları bir ideologiyanın ətrafına toplamaq istəyir. Bu
50:15 ideologiyada atanın ideologiyasıdır. Yəni atanın vəsiyyəti ətrafında qardaşları birləşdirmək istəyir. Amma faciədə bilirsiz ki, baş qəhrəman gücsüz vəziyyətdə qalır. Öz istəyini, ideologiyasını həyata keçirə bilmir. Və Zəhrabəyin anı burda gücsüz qalır. Nə qədər çalışsa da, cəhd eləsə də, əlindən gələni eləsə də, ana bunu bacarmır. Və nəticə olaraq ana cismani olaraq məğlub olur, xəstələnir, yataqlara düşür. Və dördüncü məclisdə biz artıq ananın vəfat səhnəsini görürük. Çox ağır bir səhnədir. Oğlu da onun başı üstündə Quran oxuyur. Bununla da tamamlanmış olur. Gülbaharın niyə dramıdır? Dramda bilirsiz ki, qəhrəman həm fiziki cəhətdən qalib gəlir, həm də öz idealını
51:02 bərqara etməyi bacarır. Gülbahar ananın yarımçıq qalmış missiyasını davam etdirir. Ana bacarmamışdı, qardaşları birləşdirə bilməmişdi. Atanın vəsiyyətini onlara oxuya bilməmişdi. Dəfələrlə o bayazı, bayaz nədir? Onların əlində indi Yusifun kitabını göstərim. Belə bir dəftərçədir. O dəftərin sadəcə bir yerində atanın əlyası var. Ana hərfə gəlib bu bayazı tutur qardaşlarının qabağına ki, qardaşlar bunu görsünlər, bir açıb baxsınlar, bəlkə bu vəsiyyət oxusa onlar ayrılmayacaq. Bu ümidlə yaşayırdı, amma bacarmır. Qardaşlar bayazı tullayırlar yerə. Bunun vərəqləri dağılır, ananı itələyirlər və o hadisədən sonra ana tamamilə özünü itirir. Və ana zəifləyir, yataqlara düşür. Gülbaha öz vəsiyyətini
51:48 çatdır. Deyir bu bayazı qardaşlarını oxu. Qoy qardaşları parçalanmasınlar, bir-birinə yola getsinlər. Düzdürmü? Gülbahar da drama olaraq götürür qardaşların kitablarını cırır. Hamısını camaatın gözü qarşısında yandırır. Qardaşlarının yadlaşmasına etiraz eləyir. Qardaşlar bilmirdilər bayaz nədir. Çünki Gülbahar orda bayazda atanın vəsiyyətini oxuyanda qardaşlar bir-bir gəlirlər. Öz adları çəkildikcə yaxın gəlirlər. Gülbaharın əlindəki o kitaba baxırlar, dəftərə baxırlar. Ataların xətlərini görəndə onlar kədərlənirlər. Hətta Gün müəllimə dərsdə detaylı şəkildə deyirik. Dərsmalı basırlar gözlərinə. Hə. Bayazı birinci oxuyan Gülbahar olur.
52:35 Gülbahar atasının vəsiyyətini oxuyur, dərk edir. Dərk edəndən sonra durur bütün kitabları yandırır. Qardaşların yadlaşmasına etirazını bilir. Niyə qardaşların komediyasıdır? Bayaq deyirsiz qardaşlar gülməlidir. Hərəkətlərindən bəli özlərini gülünç vəziyyətə qoymuşdular. Hətta qonşular onların tamaşasına yığışırdı. Gülbahar deyir ki, dəfələrlə deyir sizin tamaşanıza yığışıblar. Dalaşırdılar, özlərini gülünç vəziyyətə qoyurdular. İndi bizdə qonşular da var da. Dava olan kimi gəlirlər. Görək nədən söhbət gedir. Müsəlmanca təhsillidir. Bəli, Gülbahar təhsilli idi. Qardaşlar təhsil almışdı. Gülbahar da təhsil almışdı. Doğru. İndi gəlin bu məqama da baxaq.
53:20 Deyin görüm bu vəsiyyəti kim yazmışdı. Əbdüləzzin istəyinə əsasən Zəhra bəymi yazmışdı? Aha. Bəli. Söhbət kimdən gedir? Əbdüləzimdən gedir. Ümumiyyətlə bax belə bir situasiya çıxarsam, Əbdüləzim və öz yazdığı vəsiyyətinin övladlar tərəfindən oxunmasını istəyir. Bu doğrudur. Belə bir məqam var. Bəli. Ölümündən iki gün əvvəl Zəhra bəyim Gülbahara deyir ki, atan deyir
54:06 xəstə idi. Xəstə vəziyyətdə deyir o vəsiyyət yazdı. Hətta dedi ki, uşaqlar bu vəsiyəti mütləq oxusunlar. İndi övladların, oğulların xaricdə təhsil alıb gəlməsində atanın rolu var? Atanın vəsiyyətinin rolu var? Yox, eşqafə müəllim, bir dənə məsəl, yadımdan çıxdı. Deyir Molan Əsədin də lətifəsi var. Səhəngi niyə uşağı niyə döydün? Deyir səhəngi sındırar. Deyir hələ sındırmayıb
54:51 axı. Nəsə yadıma düşmədi. Elə bir yadımdadır. Sadəcə vəsiyyətini yazıb qoyur ki, övladların parçalanmasın. Bəli. Ata istəyirdi ki, övladlar getsinlər dünyanı gəzib dolansınlar, xaricdə təhsil alsınlar. Amma savadlı, elmli, bilikli insanlar kimi öz yurdlarına geri dönsünlər, öz vətənlərinə xidmət eləsinlər. istəyi bu idi. O dövrdə bilirsiz də xaricə gənclər göndərirdilər. Həmin gənclər gedirdilər, oxuyurdular və vətənə geri dönürdülər. İndi də məsələn PHD təhsilində belə şeylər var. Deyir sən dövlətə müraciət eledyirsən. Dövlət sənə çox qəşəng bir miqdarda pul verir. Hansı ölkədə istəyirsənsə təhsil alıb gəlirsən. Amma dövlət şərt qoyub. Beş il boyunca mütləq onun seçdiyi müəssisədə xidmət
55:37 eləməlisən. Beş ildən sonra azsan. Natavan da göndərirdi xaricə gənclər. Bəli, Xurşudban Natavanda da var. Həm Kazas Xasay, həm də Natavan xarici oxumağa gənclər göndərirdi. Doğrudur. Gəlin indi bir az senzorun gəlişindən danışaq. Deyin görüm senzor Mirzə Cəfər gəlir. Senzor Mirzə Cəfərin gəlişinin əslində dərin mənaları var. Biz deyə bilərikmi ki, həmin dövrdə rus hökumətinin, işğalçı hökumətin Azərbaycan xalqı bağlı narahatlıqları öz əksini tapır.
56:38 Bəli, tamamilə doğrudur. Deməli, həmin dövrdə o hissə qalmışdı, ona görə həmin dövrdə Bəli. Azərbaycan xalqında oyanış baş qaldırmışdı. Bu da işğalçı hökumətin narahatlığına səbəb olurdu. Qardaşlar firqə yaratmaqda ittiham olunurlar. Müəllimlər, qardaşlar firqə yaratmaqda ittiham olunmurlar. Qardaşlar ümumiyyətlə firqə yaratmamışdılar. Həmin dövrdə Azərbaycanda yaranan hansı firqələrdən söhbət gedir?
57:25 Firqə yaratmamışlar. Ah hubbi vətən bir də ədəmi mərkəziyyət. Tamamilə doğrudur. Yaxşı. Bəs bu qardaşların firqələrlə bağlılığı necə göstərilir? Bu qardaşların firqələrlə bağlılığı necə göstərilir?
58:12 Yox deyir Azərbaycanda son zamanlar firqələr yaranır. Bu firqələrdən biri hubbi vətəndir, biri də ədəbi mərkəziyyətdir. Siz bu firqələrin bir amalı var. bu amaldan danışır. İndi bu amalı qeyd eləyəcəyik. Bu firqələrin amalını həyata keçirmək üçün siz də onlara dəstək olursuz. Onlara kömək eləyirsiz. Biz də firqələr bir ideologiyanın ətrafında birləşən insanlardır və həmin insanlar ideologiyanı həyata keçirmək üçün əllərindən gələn hər şeyi eləyirlər. İndi bu firqələrin amalı nə idi? Bu firqələrin ən böyük amalı nə idi? Ay müəllimə, sən yazdığın doğrudur. Bu əsərdə ümumiyyətlə türkçülük, turançılıq
58:58 ideyasına yer verilir. Qəbulda doğru götürülmüşdür. Çünki deyir türkiyə müsəlmanlarına tərəf çəkib müstəqil bir dövlət yaratmaq istəyirsiz. Bəli. Firqələrin əsas məqsədi necə göstərilir? Vahid Azərbaycan dövləti yaratmaq. Bütöv bir Azərbaycançılıq ideologiyası var. Azərbaycanın vahid olması. Çünki həmin dövrdə Azərbaycan parçalanmış bir vəziyyətdə idi. Doğrudur. Hubbi vətən ədəb mərkəziyyət firqələrin amalı yolunda çalışmaqdasınız. Onlara kömək edirsiniz. Onların məqsədi Qafqaz Azərbaycanını, digər tərəfdən İran Azərbaycanını. İran Azərbaycana nələr daxil idi? Təbrizdir, Tehrandır Gilandır Urmidir
59:43 Kürdüstandır, qeyrilərdir. Bunları birləşdirib müstəqil, vahid, tək olan Azərbaycan dövlətini yaratmaqdır. İndi deyin görüm bəs qardaşlar necə kömək eləməkdə ittiham olunurdular və bu firqələrin amalı uğrunda qardaşlar hansı əməli addımları atmaqda rus hökuməti tərəfindən ittiham olunurlar? Elza qəşəng doğrudur. Hə. Təşəkkür edirəm. Siz necəsiz? Aha. Əsas.
1:00:32 O Dəl əsərində Kipani yadınızdadır. O Kipyaninin əşrəfə, Göytəpədən gələn uşaqlara kitab oxutdurması. O səhnəni bilirsiz? Hətta şeydə də var. Günvar əsrə bərabərdə. Qutubayev ədəbiyyat müəllimi onu aparırlar. Represiyanın qurbanı olur. Onun da evindən guya ki kitablar tapılır. İndi onu inşallah gün var əsrə bərabərsizə keçəcəm. O-dan danışacam. Orijinaldan danışacam sizə. Bəli. deyir ki, siz asqırmaq istəyirəm, asqıramıram.
1:01:17 Bəli deyirsiz min ildir yuxuda olan insanların milli şüurunu oyadırsız qardaşlar. Aşağı təbəqənin, kəndlinin, kasıb insanların milli şüurunu oyatmaqda ittiham olunur. Hətta, hətta görün nə gözəl məqamdır. Gülbahardan ikinci hambalın söhbəti var. deyir rəmzi xarakter daşıyır. Gülbahar danışırdan danışır. O hambal heç nə başa düşmür heç bir Hambalın yeganə dərdi verilən əmri yerinə yetirsin. Kitablara apar təhvil versin. Gündəlik yövyə çörəyini alsın. Qarnını doyuzdursun. Aşağı təbəqənin yeganə dərdi qarnını doyuzdurmaqdır. Onlar milli şüuru, milli kimliyi dərk eləmirlər. Amma onlar ayılsa, onların qarşısında heç kim dura bilməz. Deyirsiz
1:02:03 min ildir yatızdırdığımız, pışpışladığımız bu xalqın milli şüurunu, milli mənliyini oyatmaq istəyirsiz. Onlara göstərmək istəyirsiz ki, siz azad ola bilərsiz, müstəqil yaşaya bilərsiz və siz onların arasında birlik, bərabərlik, bu ideologiyaları yayırsız. Və bunun üçün də özünüzə çoxlu kitab yığmısız. Mənim burda çoxlu kitabım var. Bu hissə var. Bura büköv kitabdır. Bu tərəflər çoxlu kitabdır. Hətta öz kitablarımdan sizə gələn inşallah gələn bazar günü demişdim də Yusifun seçdiyi beş nəfərə kitab hədiyyə eləyəcəm. Özü də çox gözəldir kitablarım. Beş nəfərə öz kitablarından göndərəcəm. Hər ay
1:02:49 Allah qoysa öz kitablarından hədiyyə göndərəcəm. Bu gün Viktor Hüqonun hansı kitabını aldım? Əla dayanın gör. Yusuf da çox kitab. Yusifun kitablarından da göndərəcəm sizə. Çoxdur Yusifun kitabıdır. Övladlarınız üçün oxuyarsız, verərsiz hədiyyə. Uşaqlar üçün də göndərəcəm. O bir dənə kinosu var idi. O belində belə xəstəlik olan bir dənə rahib olur. Həmişə çıxır ordan belə kilsənin o zəngini çalır. Bir dənə də gözəl qızı sevir. Baxmısız o filmə? O Viktor Hüqonun həmin kitabı əsasında çəkilib. Romanı əsasında çəkilib. Adı neydi? Ağa kitab ordadır gətirib göstərərəm. Bu gün
1:03:34 aldım. Hə. Belində donqar olan. Hə. Paris notradam. Ay sağol. Bəheybətin. Bəheybət. Yox. Göstərirəm onu sizə. Onun filminə baxmışdım. Dəhşətli. İndi bizə onu müəllim oxudur. Psixoloji romandır. Bizə evə tapşırıq olaraq verib. İki dənə kitab verib. bir Əlvida Gülsarını verib. Orda vidalaşma səhnələri. O psixoloji romandır dedi. Onu oxumalısız. Oxumuşam mən. Bir də şeyi verib bunu. Nədir o? Viktor Hiqonun bu romanını verib oxuyub. Sizinlə də gələn bazar günün bundan danışarıq. Yaxşı nəsə qayıdaq. Hə. Deyir ki, bax siz deyir camaatın arasında
1:04:21 müsavat və birlik ideyalarını yayırsız. camaatı oyatmağa çalışırsız. Ona görə də rus hökuməti tərəfindən təqsirkar bilinirsiz. Siz de çoxlu hə kitablara hardan gəldi? Deyir evinizdə çoxlu kitab yığmısız və sizin bu kitablarınız sizin bu ideologiyanıza xidmət eledyir qardaşlar. nə belə deyim sizə qəzet çap eləməkdə, nə vərəqlər çap eləməkdə, nə nə bilim bu mətbuatla məşğul olmaqda ittiham olunmurlar. Sadəcə sizin kitablarınız var. Kitablarınız sizin ideologiyanıza xidmət edir. Bunlardan öyrənirsiz. Camaatın arasında yayırsız. Camaatı bunlarla ayıldırsız deyir.
1:05:10 Bəli. Sonra demək gəldik bundan keçdik. Hə bir dənə də sual verim sizə. Deyin görüm senzor orda əlində bir dənə sənəd göstərir. Bu sənəd əsasən qardaşların evində axtarış olmalı idi. Kitabların müsadirə olunma məsələsi burda keçir. Kitabların müsadirə olunması burda keçirmə. Aha. Yox. Kitabların müsadir olunması,
1:05:56 qardaşların tutulması bu məqamlara yer verilmir. Deyir ki, gəlmişik sizin mənzilinizdə geniş bir axtarış aparacağıq. Kitabların məzmunu ilə tanış olacağıq. Görək bu kitabda nədən bəhs eləyib. Sonra bu kitabların hamısı siyahıya götürüləcək, məzmunları haqqında rəy veriləcək və hazırladığımız bu sənədi, bir dənə sənəd hazırlayacağıq belə. Bu hazırladığımız sənədi aparıb dövlətə təhvil verəcəyik və bizə tapşırılan işi sədaqətlə yerinə yetirmiş olacağıq. Söhbət bundan gedir. Doğrudur. Yaxşı, bu əsərdə senzorun gəlişi ilə bağlı deyə bilərikmi ki, həmin dövrdə danospazlıq hökm sürürdü. Danospazlıq var idi.
1:06:49 Ay sağol. Sizin bir parabər xaqlarınız hökümətin nəzərində sizə elə qələmə verib ki, siz hökumətin əleyhinəsiz. Doğrudur. Get get yaxşı get qorxma. Bəli doğrudur. Yaxşı, senzor hardan qənaətə gəlir ki, Rüstəm bəy Dafini qurtarıbdır? Bu qənaətə necə gəlir? Bəli, axtarış eləyir. O axtarış eləyəndə bir dənə polis məmur olur. onun yanında
1:07:36 dayanır və hamısını bir-bir qələmə alır. Bəli, doğrudur. Baxır deyir sizin anadilinizdə bir dənə də kitabınız yoxdur. Deyir yox. Deyir bir dənə də yoxdur. Deyir yox. Yoxdur. Bağışlayın. Siz darüfinü qurtarmısız. Müsəlmanca kitabı yox idi. Bəs senzora maraqlı gəlir ki, Səməd Vahidin kitablarının hamısı niyə şeir kitablarıdır? Bunun səbəbini soruşur. Yaxşı, nə üçün Səməd Vahidin Osmanlıdan gətirdiyi bütün kitablar hamısı şeir kitabı idi? Səbəb nə idi? H düzdür.
1:08:22 Deyir orda şeirə böyük bir maraq var. Həkimlər mühəndislər hamısı şairdir. Bütün qələm sahibləri şairdirlər. Ona görə də gətirdiyim kitabların hamısı şeir kitablarıdır. Aha, belə bir məqama da baxaq. Demək, senzor Mirzə Cəfər Mirzə Məhəmmədini ayrılıqda da ittiham edir. Ayrılıqda ittiham eləmə səbəbi nə idi? Hə, hamı şair olub, mən də şair olurum. Hətta özünü şair kim təqdim edir? Mən şairəm. Həm də Cəmiyyət Xeyriyyənin məktəbində ədəbiyyat dərsi tədris eləyirəm. Əyat müəllimiyəm dedi.
1:09:19 Bəli. Siz müsəlman birliyi qurmaq istəyirsiz, müsəlmanları birləşdirmək istəyirsiz. İran və Rusiya Azərbaycanlılarınan müstəqil bir hökümət əmələ gətirmək istəyirsiz. İran və Rusiya azərbaycanlılarını birləşdirib müsəlmanların birliyini təşkil eləmək və bir hökümət əmələ gətirmək niyyətindəsiz. Buna görə də qardaşlarınızla ittihad bağlamısız, birləşmisiz. Doğrudur. Əla, möhtəşəm. 2023-cü il 2023-cü ildə qəbulda vermişdi ki, rusca danışmaq şeytan işi hesab olunur. Bax bu cümlə düşmüşdü.
1:10:07 Amma heç nə tapmırlar. Hə. Amma senzor hələ də ümidini itirmir. Fikirləşir ki, mütləq ki, Səməd Vahidin kitablarından nəsə tapa biləcək. Amma Səməd Vahidin kitablarından da heç nə tapa bilmir. Əslində yanlış idi. Gülmək şeytan işi hesab olunurdu. Doğrudur. Əlqəhqəti mənasına deyim. Gülmək şeytan işidir. Həmin məqamdan sual salmışdılar. Keçən hə sertifikasiyada Qurban bəyin atının yaşı soruşulmuşdu ki, neçə yaşı var?
1:10:53 Bir dənə də sual verim, yekunlaşdıraq. Deyin görüm qardaşlardan, qardaşların kitabını bir-biri ilə müqayisə eledyən kim olur? Kitabları ilə özlərini müqayisə edən kim olur? Bəli. Mirzə Məhəmməd Əli deyir, ana, biz necə ki zahirən bir-birimizə bənzəyirik, kitablarımız da bir-birinə bənzəyir, amma kitablarımız da məzmunca bir-birindən fərqlidir. Biz də fərqliyik. Bəli,
1:11:41 doğrudur. Tamamlayaq. Siz də yorulmusuz. Yox, A Səməd Vahidə aiddir. Deyir, həm fanatik müsəlman kitabıdır, həm də Cavur lüğətidir. Səməd Vahid o qədər laal idi. Şeir dinləyirik. Dinləyək şeir. Gəlin şeir dinləyək. A burda paylaşmaq olmur elə ekranı. Ekranı paylaşmaq olmur. A ekran paylaşma olmurmuş. Aşq olsun.
1:12:30 Dərsliklərin sual cavab pyevlə. Asən müəllimə istəyinizi başa düşmədim axı. Dəli kürü. Yaxşı götürün sizə. Dəli kürü. Qəşəng ona belə eləyək də. Də ki, mən canlıda izah eləyim, biraz yığacam, əsas hissələri izah eləyəcəm. Qəbula düşəcək. Əsas məqamları özüm qeydlərin üzərində izah eləyəcəm. Yaxşı, növbəti dərsdə də kür soruşaram, amma testlərin üzərində qəşəng soruşaram onu. Olar. Sonra yeni ilə gedərsiz, talşinizi yeyərsiz, hinduşkanızı çığırdarsız, fovkaya salarsız, cavab eləyərsiz. Yeni ildən sonra inşallah qayıdanda o kazettan zadı onları öyrəmərik.
1:13:16 Hə, bu həftə onun üzərində işləyəcəm. Başlamışam, az qalıbdı. Onun üzərində işləyəcəm. Təng görsün. Hə. Sən yarımın qasidisən. Əylən sənə çay demişəm. Gəlin buna qulaq asaq. Özünüzü titriyən, qızdırmalı, bəzən yağışlı və güclü külək fırtınası kimi hiss edirsizsə, o zaman bir gecə çox xiyalə vurdu başına. Bu bunu yazdı. Yar qasidi. Sən yarımın qasidisən. Xiyalına deyirəm, bir xiyal. Sən yarımın qasidisən. Əylən sənə çay demişəm. Əylən sənə çay demişəm. xiyalını göndəribdir. Bəs ki, mən axay demişəm.
1:14:03 Ax gecələr yatmamışam. Mən sənə laylay demişəm. Sən yatal mən gözümə ulduzları say demişəm. Hər kəs sənə ulduz deyə özüm sənə ay demişəm. Səndən sonra həyata mən şirindirsə zay demişəm. Hər gözəldən bir gül alıb sən gözələm. Hayda sənin gün tək batmağını ay batana say demişəm. İndi yaya qış deyirəm sabq yay demişəm.
1:14:53 Mən zəifəm indi yaya qış deyirəm, sabit qışa yay demişəm. Gah toyunu yada salıb mən dəl demişəm. Gə toyu yada salıb mən də aynay demişəm. Sonra yenə yasə batıb ağları hay demişəm. Ömrə sürən mən qara gün ax demişəm demişəm. [musiqi] >> Çox sevirəm Şəhriyarı.
1:15:40 Çox gözəl oxuyur ha. Gəlin biri mən deyim yekunlaşdıraq. Yenə səsin gəldi qulaqlarıma, həyata, dünyaya minnətdaram mən. Sən orda pıçılda eşidim səni. Özgəsi çağırsa ona karam mən. Nəriman Həsənzadənin şeiri çox qəşəngdir. Dalını özünüz taparsız, oxuyarsız. Gələn bazar gününü sizi burda gözləyirəm. Gecəniz xeyirə qalsın. Qatıldığınız üçün çox minnətdaram. Həftə sonunuzu mənə ayırdınız. Bir yerdə gözəl bir təhlil elədik. Məncə ətraflı şəkildə danışdıq. İnşallah qəbula yaxın bir də sualacağ edərik. Əsas hissələrdən bir də danışarıq. Vaxt azı olur deyə çox geniş-geniş şərh eləmək mümkün olmur. Amma əlimdən gəldiyi qədər çatdırmağa çalışdım. Allaha əmanət olun. Növbəti bazar günündə görüşərik. Hələlik.
1:16:29 İndi gəlin görün bunu necə söndürəcəm. Necə söndürəcəm bilmirəm.